Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı
haqqında” qanuna veto qoyacağını açıqlayıb.
O, bunu Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun
təmsilçiləri ilə görüşdə bildirib.
Qeyd edək ki, ölkə parlamenti aprelin 17-də qanun layihəsini
birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs
verib.
Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl
zalda ayrıca iclas keçirməyə cəhd göstərib. Buna görə, parlamentin
spikeri Şalva Papuaşvili toplantıda fasilə elan edib. Bundan sonra
da müxalif “Strategiya Aqmaşenebeli” Partiyasının lideri
Georgiyadze, “Vahid Milli Hərəkat” Partiyasının sədri Levan
Xabeişvili, eləcə də partiya liderlərindən biri Tina Bokuçava
zaldan çıxarılıb.
Ona görə də müxalifət səsverməni boykot edib.
Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının
və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik
bəyannamələr doldurmasını tələb edir.
Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda
layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü
oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin
edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən
sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə
göndəriləcək.
Qeyd edək ki, Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və
bir neçə gündür paytaxt Tbilisdə etiraz aksiyaları keçirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.