Reuters - "Xarici agentlər" haqqında qanun layihəsinin taleyi Gürcüstanın Qərblə inteqrasiyasını davam etdirəcəyi, yoxsa Rusiyaya yaxınlaşacağı ilə bağlı sınaq kimi qiymətləndirilir
“Gürcüstan Parlamenti birinci oxunuşda “xarici agentlər haqqında” qanun layihəsini təsdiqləyib, bu, Avropa İttifaqının fikrincə, ölkənin bloka qoşulma yolunu təhdid edir və etirazlara səbəb olur”, - deyə “Reuters”in məqaləsində qeyd olunub.

Nəşr yazıb ki, qanun layihəsinin taleyi geniş şəkildə Gürcüstanın Sovet İttifaqının dağılmasından 33 il sonra Qərblə inteqrasiyaya doğru irəliləmək, yoxsa Rusiya ilə yaxınlaşmaq niyyətində olmasının sınağı kimi
qiymətləndirilir.

“Qanun layihəsinin 10 minə yaxın əleyhdarı Parlamentin qarşısına toplaşıb. Bir neçə min etirazçı polisin ciddi mühafizəsi altında olan hökumət binasına doğru hərəkət edərək qanun layihəsinin əsas tərəfdarı - baş nazir İrakli Kobaxidze ilə görüş tələb ediblər”, - məqalədə deyilir.

Reuters yazıb ki, avtoritarizmdə və Rusiyaya həddən artıq yaxınlıqda ittiham olunan hakim “Gürcü arzusu” partiyası qanun layihəsinin şəffaflığı təşviq etmək və əcnəbilər tərəfindən tətbiq edilən “psevdoliberal dəyərlərə” qarşı mübarizə üçün zəruri olduğunu deyir.

“İnterpressnews” informasiya agentliyi baş nazirin şərhindən sitat gətirib. Sitata görə Qərb siyasətçiləri qanun layihəsinə qarşı bir dənə də olsun əsaslı arqument təqdim etməyiblər və onların bəyanatları hökumətin fikrini dəyişməyəcək. Rolu əsasən formal olan prezident Salome Zurabişvili bildirib ki, qanun qəbul olunarsa, ona veto qoyacaq. Lakin o, vetonun öhdəsindən gələ bilər”, - məqalədə deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google