Vergi Məcəlləsinə dəyişikliklərə parlamentdə sürətləndirilmiş
qaydada baxılacaq.
Parlament çoxluğu qanun layihəsini bu gün keçirilən plenar iclasda
ikinci oxunuşda qəbul etməyi planlaşdırır. İlk dinləmə prosesi
dünən olub.
Bu dəyişikliyə görə, sözdə Ofşor zonalarda qeydiyyatdan keçmiş
biznesləri asanlıqla Gürcüstana keçirmək olar. Parlamentin
müxalifətçi deputatı Roman Qotsiridze Facebook-da yazıb ki, Bidzina
İvanişvilinin bu qanuna ehtiyacı var:
“Gözlənilmədən “Gürcü arzusu” parlamentə qanun layihəsi
təqdim etdi, ona görə Bidzina İvanişvilinin ofşorda gizlədilən
əmlakını, səhmlərini vergi ödəmədən və çirkli pulların yuyulmasına
qarşı normalardan yan keçmədən Gürcüstana idxalına icazə verilir.
Qanun yalnız ona görə keçərlidir ki, bir fiziki şəxs ofşor
aktivlərinin 100 faizinə sahib olmalıdır.
İndi Milli Bankın nə üçün yarım milyard dollar dəyərində 7 ton
qızıl aldığı və saxlanmaq üçün Gürcüstana gətirildiyi bəlli
oldu.
Sanksiyaları gözləyirik! Onun qaçmağa yeri də yoxdur, burada ölkəni
şəxsi qalasına çevirməyə hazırlaşır. O, ölkəyə sahib çıxa bilməz.
O, gürcü xalqını tanımır”, - deputat Roman Qotsiridze
yazıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.