Universitetlərin rektorları tələbələrin və mühazirəçilərin andına qarşı çıxırlar
Tələbə və professorların andına 38 universitetin rektorları birgə bəyanatla cavab verib. Ali təhsil müəssisələri rektorlarının daimi konfransının üzvləri bildiriblər ki, siyasi proseslər universitetlərin fəaliyyətinə təsir etməməlidir.

Rektorların 14 may tarixli açıqlamasının dərcindən bir gün əvvəl “Mtavari” kanalında məlumat yayılıb ki, Təhsil Nazirliyi onları bu mövqedən çıxış etməyə məcbur edir. Anonim mənbə televiziyaya bildirib ki, məktub nazirlikdə yazılıb
və imzalanmaq üçün universitetlərə göndərilib.

“Alimlər heyətinin bəzi nümayəndələrinin öz vəzifələrini yerinə yetirməkdən imtina etməsi yolverilməzdir. Bu, təlim-tədris prosesinin qarşısını alır. Bu, tələbənin konstitusion hüququnu pozur. Qeyd edək ki, baş verən proseslərə baxmayaraq, universitetlərdə tədris prosesi davam edir.
Bundan başqa, professor-müəllim heyətinin mühazirələrə gəlməməsi onların qanunvericilikdə və ali məktəblərlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin pozulması olmaqla yanaşı, həm də bu gün mühazirə kurslarında iştirak edən tələbələrin maraqlarına birbaşa xələl gətirir. Müəllimlər tərəfindən tədris prosesinin pozulması ali təhsilin məqsədlərinin həyata keçirilməsinə və təhsil proqramlarında nəzərdə tutulmuş təlim nəticələrinə nail olunmasına mane olur. Bütün bunlar milli və Avropa keyfiyyət təminatı standartlarının yerinə yetirilməsinə mənfi təsir göstərir”,
- rektorlar bildirirlər.

“Müəyyən qrupların” universitetin adı ilə siyasi bəyanatlar yayması onlar üçün qəbuledilməzdir.

“Gürcü Arzusu”nun rus qanununu qəbul etməsi ilə paralel olaraq 30-dan çox universitetin tələbə və professorlarının bir hissəsi tətilə çıxıb. Onlar deyirlər ki, əsas dərs indi Rustaveli prospektində, Parlamentin yaxınlığında keçirilir və əsas sınaq ölkənin Avropa perspektivini qorumaqdır.

Qeyd edək ki, tətil qərarını ilk olaraq tələbələr elan ediblər və yalnız bundan sonra onlara professor-müəllimlər qoşulub. Onlar tələbələrinə dəstək olduqlarını, onların yanında olduqlarını, o cümlədən aksiyalar və buraxılmış mühazirə-seminarlar zamanı onlarla razılaşaraq onları sonradan bərpa edəcəklərini iddia edirlər.


Bəyanat aşağıdakı ali məktəblərin rektorları tərəfindən imzalanır:

• İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti;
• Gürcüstan Texniki Universiteti;
• Tbilisi Dövlət Tibb Universiteti;
• Kutaisi Beynəlxalq Universiteti;
• Gürcüstanın Şota Rustaveli Dövlət Teatr və Kino Universiteti;
• Batumi Şota Rustaveli Dövlət Universiteti;
• Tbilisi Vano Saracişvili Dövlət Konservatoriyası;
• Yakob Qoqebaşvili adına Telavi Dövlət Universiteti;
• Apollon Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyası;
• Akaki Tsereteli Dövlət Universiteti;
• Suxumi Dövlət Universiteti;
• Samtsxe-Cavaxeti Dövlət Universiteti;
• Qori Dövlət Universiteti;
• Şota Mesxia Zuqdidi Dövlət Təhsil Universiteti;
• Batumi Dövlət Dəniz Akademiyası;
• Batumi İncəsənət Universiteti;
• Davit Ağmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyası;
• Gürcüstan Milli Universiteti - SEU;
• Tbilisi İlahiyyat Akademiyası və Gürcüstan Apostol Avtokefal Pravoslav Kilsəsinin Seminariyası;
• Qafqaz Beynəlxalq Universiteti;
• Gürcüstan Patriarxlığının Birinci Müqəddəs Endryu adına Gürcüstan Universiteti;
• Gürcüstan Aviasiya Universiteti;
• Qafqaz Universiteti;
• Qara dəniz beynəlxalq universiteti;
• Gürcüstan-Amerika Universiteti;
• Şərqi Avropa Universiteti;
• Davit Tvildiani Tibb Universiteti;
• Gürcüstan Beynəlxalq Universiteti;
• Sulxan-Saba Orbelian Təhsil Universiteti;
• Britaniya Tədris Universiteti;
• Avropa Universiteti;
• Avicenna-Batumi Tibb Universiteti;
• Tbilisi Azad Akademiyası;
• Geomedi Tədris Universiteti;
• Yeni ali təhsil müəssisəsi - Nyuun;
• Qriqol Robakidze Universiteti;
• Şərq-Qərb Universiteti;
• Tbilisi Humanitar Təhsil Universiteti.
Mənbə: Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google