İyunun 16-na kimi hava necə olacaq - Ekologiya Agentliyinin proqnozu
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, iyunun 16-dək yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında şimşək çaxacaq qısamüddətli yağışın davam edəcəyi, dolu yağacağı, bəzi yerlərdə güclü küləyin əsəcəyi ehtimalı var.

Tbilisidə iyunun 13-də şimşək çaxacaq qısamüddətli yağış yağacağı, iyunun 14-15-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gün ərzində +32, +34 dərəcə isti olacağı gözlənilir.

Sahil
rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyunun 13-14-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. İyunun 15-də günün sonunda şimşək çaxacağı qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyunun 13-14-də isti və yağmursuz hava şəraiti gözlənilir. İyunun 15-də günün sonunda şimşək çaxacağı qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə yağış yağır. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin temperaturu gün ərzində +29, +31 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google