Milli Statistika Xidmətinin məlumatına görə, birbaşa xarici
investisiyaların 15,5 faizi (31,284 milyon dollar) MDB ölkələrindən
daxil olub.
2023-cü ilin analoji məlumatları ilə müqayisədə investisiyaların
həcmi 37,8 faiz azalıb. Ötən il sözügedən investisiyaların həcmi
50,305 mln. dollar olub. Milli Statistika Xidmətinin məlumatına
görə, investisiyaların həcminə görə MDB-nin ilk beş ölkəsi
aşağıdakılardır:
- Azərbaycan - 12 653 milyon;
- Ermənistan - 6 604,3 milyon;
- Rusiya - 6 380,6 milyon;
- Qazaxıstan - 4,593 milyon;
- Qırğızıstan - 953,5 mln.
Məlumat üçün bildirək ki, MDB ölkələri arasında ən ciddi artım
Azərbaycan nümunəsində qeydə alınıb. 2023-cü ilin eyni dövrü ilə
müqayisədə birbaşa xarici investisiyaların həcmi 20 milyon dollara
yaxın artıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.