Gürcüstan Prokurorluğu: 111 vətəndaşa məxsus 10.108.695 lari ələ keçirmə faktına görə 5 nəfərə qarşı ittiham irəli sürülüb

Prokurorluğun məlumatına görə, mütəşəkkil dəstə tərəfindən xidməti statusundan istifadə edərək 111 vətəndaşa məxsus 10 108 695 lari dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə 5 nəfərə qarşı cinayət işi başlanıb.


Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxslərin müxtəlif illərdə çoxmənzilli yaşayış binası tikmək məqsədi ilə şirkətlər yaratdığı, mənzil almaq istəyən vətəndaşlarla alqı-satqı müqaviləsi bağladığı, pulu götürdüyü, lakin
mənzilləri təhvil vermədiyi bildirilir.

Prokurorluğun məlumatına görə, saxlanılan üç şəxs Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin 3-cü hissəsinin “B” hissəsi və 4-cü hissəsinin “A” yarımbəndi ilə (dələduzluq, külli miqdarda törədildikdə, mütəşəkkil dəstə tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə) 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin maddəyə əsasən, iki şəxs barəsində qiyabi ittiham irəli sürülüb və qurumun məlumatına görə, onların yerinin müəyyən edilərək tutulması istiqamətində müvafiq tədbirlər görülür.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google