Ötən mövsüm La Liqaya keçən və hazırda oyunu ilə parlayan
Arda Güler üçün təkliflər yağır.
"Real Madrid"in indiyə qədər bütün təklifləri rədd etdiyi, lakin bu
dəfə "Yuventus"un Arda Güler üçün kral klubuna təklif göndərdiyi
bildirilir.
Qeyd edək ki, bunadək İspaniyadan "Xetafe", "Sevilya" və "Betis"
futbolçunun izinə düşüb. İndi isə Kənan Yıldızın çıxış etdiyi
"Yuventus" da
bu sıraya qoşulub.
"Real Madrid" isə Arda Gülerin gedişi üçün qapını bağlayıb.
Ançelotti gələn mövsüm Arda Güleri daha çox komandada görmək
istəyir. Ən azından Ardanın yeni mövsüm hazırlıqlarına Madriddə
başlayacağı dəqiqdir. Ancaq komandadakı ulduz sıxlığı səbəbindən
ona oyun vaxtı çatmasa, o zaman Ardanın icarəyə verilməsi gündəmə
gələ bilər.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.