Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı
münasibətilə Gürcüstanda aksiya keçirib.
Aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin
rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların
qayğıları ilə maraqlanıblar.
Aksiya çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş
qurbanlar Tbilisi, Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi
və Laqodexi rayonlarından olan yüzlərlə ailəyə paylanılıb.
QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd
Şamilov mediaya
müsahibəsində deyib ki, xalqımızın dini və milli bayramları
ərəfəsində aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək,
onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar
göstərmək ənənə halı alıb. Qurban bayramı münasibətilə də
Gürcüstanın müxtəlif bölgələrində 500-ə yaxın ailəyə Qurban payı
verilib.
QMİ-nin digər nümayəndəsi Sabir Musayev isə bildirib ki, bu cür
aksiyalar davamlı olacaq. Onun sözlərinə görə, soydaşlarımız bu
yardımı yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə
Azərbaycan dövlətinə və QMİ-yə minnətdarlıq ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.