Milli Müəllim Mükafatının ilk onluğu müəyyən edilib
Bu gün, iyunun 28-də Milli Müəllim Mükafatının ilk on üzvü açıqlanıb.

İlk onluğa aşağıdakı müəllimlər daxil olub:
  • • Nukri Karkadze – Bağdati şəhərinin 1 saylı və Rokiti məktəbinin musiqi müəllimi
  • • Qiorqi Liparişvili – Tbilisidəki 6-cı müəllif məktəbinin tətbiqi sənət, gürcü dili və ədəbiyyatı müəllimi
  • • Nana Marqania – Vartsixi kəndində mülki təhsil müəllimi
  • • İnqa Mosiaşvili –
    Saçxeri 2 saylı dövlət məktəbinin biologiya, təbiətşünaslıq və musiqi müəllimi
  • • Natia Narsavidze – Dmanisi 3 saylı dövlət məktəbinin ingilis dili müəllimi
  • • Natia Napetvaridze – Tbilisi 161 saylı ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi
  • • Dimitri Popov – Qurcaani dövlət məktəbinin kompüter texnologiyası müəllimi
  • • Natia Uçava – Tbilisidəki 126 saylı dövlət məktəbinin ibtidai səviyyə, ədəbiyyat, riyaziyyat və təbiət elmləri müəllimi
  • • Sofio Kuxilava – Mestiadakı Tsvirmi kənd məktəbinin ingilis dili müəllimi
  • • Nino Şuxoşvili – Patriarxlığın Kvareli gimnaziyasının coğrafiya və mülki təhsil müəllimi
Milli Müəllim Mükafatının qalibi oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günündə elan olunacaq.

Milli Müəllim Mükafatı müsabiqəsi 2017-ci ildə Gürcüstanda təsis edilib və müəllimlərin təşviqinə yönəlmiş qlobal kampaniyanın bir hissəsidir - "Qlobal Müəllim Mükafatı".
Milli mükafata layiq görülən müəllimə 15.000 lari, ilk onluğun qalan hissəsi isə Liberty tərəfindən mükafatlandırılacaq.

Milli mükafat kateqoriyasına namizədliyi irəli sürülmüş müəllim peşəkar fəaliyyəti, innovativ tədris metodu ilə seçilməli, tədris-təlim prosesində nəzərəçarpacaq uğurlara malik olmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google