"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya
Silahlı Qüvvələrinin 36 200 hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat
yayıb.
Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər
döyüş itkiləri 1589 tank, 3754 zirehli maşın, 804 artilleriya
sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan
müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 658 operativ-taktiki
PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2629 avtomobil və avtoçən,
65 xüsusi texnikadan ibarətdir.
Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər
verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə
hərbi müdaxilə edib.