YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev
olacaq.
Trend-in
məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin
müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O qeyd edib ki, 2021-ci ildə Yeni Azərbaycan Partiyasının
qurultayında partiyanın yeni nizamnaməsi təsdiq olunmuşdu və həmin
nizamnaməyə əsasən, prezidentliyə namizədin irəli sürülməsi
səlahiyyəti İdarə Heyətinə verilib.
"İdarə Heyətinin bununla bağlı iclasında bu məsələyə
baxılacaq.
Azərbaycan xalqı deyirdi ki, kim Qarabağı azad edəcəksə,
Azərbaycanın əbədi prezidenti olacaq. Mən düşünürəm ki, cənab
Prezident İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə,
torpaqlarımızı işğaldan azad etməklə bu vəzifəni, bu titulu
daşımağa haqq qazanıb və düşürəm ki, hər bir azərbaycanlı bu
fikirdədir. Yeni Azərbaycan Partiyasının bu barədə fikri qətidir”,
- deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda
növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam
imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident
seçkiləri keçiriləcək.