Tbilisidə keçirilən peşəkar K1 və MMA döyüşü üzrə beynəlxalq turnirdə Marneulili idmançı qələbə qazanıb (VİDEO)
5-6 iyun tarixlərində Tbilisidə keçirilən peşəkar K1 və MMA döyüş üzrə beynəlxalq turnirdə Marneulili idmançı Ramil Mehdiyev qələbə qazanaraq, birinci yerə layiq görülüb. Belə ki peşəkar K1 və MMA döyüş üzrə keçirilən yarışda 80 kq çəki dərəcəsində rinqə çıxan Ramil Mehdiyev Türkiyəli rəqibini elə birinci raundda nokaut edərək qələbə qazanıb.

Ramil Mehdiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, həm özü, həmdə tələbələri növbəti yarışlara hazırlaşırlar.



Tbilisidə baş tutan yarışda Gürcüstanla yanaşı Azərbaycandan və Türkiyədən də idmançılar qatılıb. İdmançı bu günə qədər bir çox yarışlarda iştirak etdiyini, bu yarışlarda bir sıra qələbələr qazandığını bildirdi.



Ramil Mehdiyev ümid edir ki, bu gündən sonra da ölkəsini və doğulduğu Marneuli rayonunun layiqincə təmsil edəcək.

Qeyd edək ki, Ramil Mehdiyev Marneuli rayonunun Bəylər kəndindəndir. O, 13 ildir ki, kikboksinqlə məşğul olur. İdmançı 6 ildir ki, peşəkar karyerasına başlayıb, K1 və MMA versiyaları üzrə döyüşlərə çıxır. Onun bu sahəyə yüskəlməsində idmançı Azər Məmmədovun xüsusi rolu olub.


Print Email
FaceBook Twitter Google