“İnam kikboks klubu”nun idmançıları Tbilisidə keçirilən turnirdə iştirak ediblər
2 aprel tarixində Tbilisidə “Savate” üzrə beynəlxalq turnir keçirilib. Turnidə Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər. Klubun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun üç tələbəsi yarışda iştirak edib.

“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar. 52 kq çəki dərəcəsində Orxan Nəsibov, 30 kq çəki dərəcəsində Nuru Kələyev və 50 kq
çəki dərəcəsində Rıfat Məmmədov yarışda iştirak etdilər. 2008-ci il təvəllüdlü Orxan Nəsibov və 2011-ci il təvəllüdlü Nuru Kələyev birinci yerə layiq görüldülər. 2010-ci il təvəllüdlü Rıfat Məmmədov isə ikinci yerə çıxdı. Məqsədimiz gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinə cəlb etməkdir”,
– Şahin Bəxtiyarov dedi.

Bəxtiyarovun sözlərinə görə, böyüklər arasında yarış da keçirilib. Həmin yarışda isə kəmər və kubok uğrunda mübarizə aparılıb.

Qeyd edək ki, “İnam kikboks klubu” Şahin Bəxtiyarov tərəfindən 2013-cü ilin dekabrında yaradılıb. Yaradıldığı gündən bu günə qədər idman klubu 200-ə yaxın idmançı yetişdirib.

Print Email
FaceBook Twitter Google