7 nəfər Marneulili kikboksçu beynəlxalq turnirdə 7 qızıl medal qazanıb
Marneulili kikboksçular Ermənistanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Marneuli İdman Məktəbi tərəfindən yayımlanmış məlumata görə, idmançılar 7 çəki dərəcəsində 7 qızıl medal və 6 kəmər qazanıblar.

“Marneuli İdman Məktəbi idmançıları və onların şəxsi məşqçisi Kaxa Çkaduanı əldə etdikləri uğura görə təbrik edir”, – Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

Turnirdə Marneuli İdman Məktəbinin aşağıdakı idmançıları iştirak ediblər:

34 kq çəki dərəcəsi
  • Birinci yer - Dmitri Vartanyan
35 kq çəki dərəcəsi
  • Birinci yer – Davit Vartanyan
42 kq çəki dərəcəsi
  • Birinci yer – Qevorq Sarksyan
45 kq çəki dərəcəsi
  • Birinci yer – Derik Qoqiyan
51 kq çəki dərəcəsi
  • Birinci yer – Mixail Qoqiyan
54 kq çəki dərəcəsi
  • Birinci yer – Qiorqi Mirzoyan
Mütləq çəki dərəcəsi
  • Birinci yer – Mixeil Tsartsidze
Beynəlxalq kikboksinq turniri Ermənistanın Vanadzor şəhərində, 8-9 iyul tarixlərində keçirilib. Turnirdə İran, Ermənistan, Rusiya və Gürcüstandan olan idmançılar iştirak ediblər.

Print Email
FaceBook Twitter Google