Meriya Marneulinin üç kəndində idman zallarının tikilməsi üçün beş milyon lariyə qədər pul xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin Tsereteli, Sadaxlı və Algeti kəndlərində idman zallarının tikintisi ilə bağlı smeta sənədlərinin tərtib olunması üçün tender elan edilib. Yerli özünüidarə üç kəndin idman zallarının tikintisinin smeta sənədlərinin tərtib edilməsi üçün 135 000 lari xərcləməyi planlaşdırır.

“Tikinti işlərinin aparılması prosesində görülən işlərin keyfiyyətinin və təfərrüatlı layihə sənədlərinin uyğunluğunun təmin edilməsi üçün təchizatçı tikinti işlərinin monitorinqini təmin etməli, işlərin dəqiqləşdirilməsində iştirak etməlidir. Təchizatçı zəruri hallarda iş sənədlərini, tikinti və müqavilənin başqa uyğun dəyişikliklərinin hazırlanması, habelə tədbirlərin həyata keçirilməsində texniki tapşırıq əlavəsi ilə nəzərdə tutulmuş fiziki imkanları məhdud şəxslərin hərəkət etməsi üçün vacib pandusların əlçatan olması və adaptasiya edilmiş mühit yaradılması öhdəliyi daşıyır”, - tender sənədlərində yazılıb.

Marneuli meriyası layihələr tərtib olunduqdan sonra işlərin yerinə yetirilməsi üçün tender elan etməli olacaq. İndiki mərhələdə üç kənd üçün təxmini vəsait 4 500 000 laridir.
  • Marneuli bələdiyyəsinin Tsereteli kənd idman zalının tikinti işləri üçün təxmini vəsait: 1 500 000 (milyon yarım) lari.
  • Marneuli bələdiyyəsinin Sadaxlı kənd idman zalının tikinti işləri üçün təxmini vəsait: 1 500 000 (milyon yarım) lari.
  • Marneuli bələdiyyəsinin Algeti kənd idman zalının tikinti işləri üçün təxmini vəsait: 1 500 000 (milyon yarım) lari.
Marneuli bələdiyyəsinin Tsereteli, Sadaxlı və Algeti kəndlərinin idman zallarının tikintisinin smeta sənədlərinin tərtib edilməsi ilə bağlı tenderdə iştirak etmək istəyənlər 6-11 avqust tarixləində təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 120 gün ərzində işləri meriyaya təhvil verməlidir.

Print Email
FaceBook Twitter Google