Mertens “Qalatasaray”dan ayrıla bilər
“Qalatasaray”ın futbolçusu Dries Mertens Türkiyədən ayrılmağa hazırlaşır.

36 yaşlı yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək.

Səudiyyə Ərəbistanı kimi, əmirlik ölkəsində də klublar transferlərə böyük büdcələr ayırmağa başlayıblar. Yarımada təmsilçilərindən gələn təklifləri dəyərləndirdiyini deyən Belçika millisinin üzvü yaxın günlərdə Asiyada görünə bilər.

Qeyd edək ki, ötən mövsüm “Qalatasaray”a qoşulan Mertens 42 matça 9 qol vurub.

Mənbə: apaaz
Print Email
FaceBook Twitter Google