Türkiyədə altıncı nəsil qırıcı təyyarə üzərində işlərə başlanılıb - FOTO
Türkiyədə milli qırıcı KAAN-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi üzərində işlərə başlanılıb.

“Bizim işimiz KAAN qırıcısının 6-cı nəslə çevrilməsi istiqamətində davam edir. Bu təyyarə gələcəkdə ANKA III hücum PUA-sı və “Şimşək” kamikadze dronunu idarə edəcək təyyarə olacaq”, - deyə Milli Döyüş Təyyarələri layihəsinin baş mühəndisi Emre Yaban bildirib.

Məlumata görə, KAAN qırıcısının pilotu supertexnoloji xüsusi dəbilqədən istifadə edərək PUA-ları havada idarə edəcək. Döyüş uçuşunu yerinə yetirən “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini çaşdıracaq.

Pilotsuz aparatlar ilk olaraq hədəfə yaxınlaşacaq, kəşfiyyat aparacaq və təyin olunmuş hədəfləri vuracaq. Düşmənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarına yönəldildiyi halda, KAAN minimum risklə əsas hədəfləri məhv edəcək.

KAAN qırıcısının hava-hava və hava-yer döyüşlərində aktiv şəkildə
istifadə edilməsi planlaşdırılır.


Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google