Gürcüstanda benzinin qiyməti üç tetri ucuzlaşdı
Gürcüstanda son bir həftədə ərzində benzinin qiyməti üç tetri ucuzlaşıb. Bu haqda məlumat yanacaq doldurma şirkətləri özlərinin rəsmi veb səhifələrində yerləşdiriblər.

“Rompetrol” şəbəkəsində avro reqular 2.35 idi və 2.32 oldu; “Lukoil” avro requları 2.28-dən 2.25-ə qədər azaltdı; “Socarda” avro requların qiyməti 2.29-dan 2.26-a qədər ucuzlaşdı; “Vissoildə” avro requların qiyməti 2.35-dən 2.32-ə qədər azaldı.

Qiymətlərin azalması premium və super tipli benzinlərdə də qeydə alınıb. Dizelin qiyməti dəyişməyib.

Yanacaq doldurma məntəqələrində qiymətlər fevral ayında da azalmışdır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google