Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis Qardabani
Bələdiyyəsində yaralanma faktı aşkarlayıb və 1 nəfəri həbs edib.
"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin Qardabani
Rayon Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq
tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü M.M.-i qəsdən adam
öldürməyə cəhd ittihamı ilə həbs ediblər.
Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə
tutulur.
İstintaq zamanı Qardabani Bələdiyyəsinin Qamarcveba kəndində
təqsirləndirilən şəxsin içkili halda, qonağı 1994-cü il təvəllüdlü
Q.J.-yə soyuq silahla bədəninə xəsarət yetirdiyi və hadisə yerindən
qaçdığı məlum olub.
Yaralı tibb müəssisəsinə yerləşdirilib. Sağlamlıq vəziyyəti
durmadan pisləşir. Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat
sonra şübhəlini müəyyən edib və tutublar.
Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı qəsdən adam
öldürməyə cəhd faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin
19-108-ci maddəsi ilə istintaq aparılır.
1tv.ge