Rustavi şossesində baş verən qəzada sürücü ölüb
Rustavi şossesində baş verən qəza qurbanla başa çatıb.

“İnfo Rustavi”nin məlumatına görə, Rustavi-Tbilisi magistralında “Mercedes” markalı avtomobilin sürücüsü, ehtima olunur ki, sükanı idarə edə bilməyib, yoldan çıxaraq kanala düşüb və aşıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə xidməti və patrul polisinin briqadaları səfərbər edilib.

Maşında 23 yaşlı Davit Xutsişvili olub, gənc hadisə yerindəcə keçinib.


Print Email
FaceBook Twitter Google