Cincilimdən hazırlanan preparatlar vitamin, bakteriosid,
soyuqdəymə, damar genişləndirmə, qan təzyiqini aşağı salma,
sidikqovucu, ödqovucu, qankəsici...
Azərbaycan xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi
mədə – bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir.
Amerika əczaçılıq firmalarının cincilimdən hazırladığı dərman
preparatları maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər
xəstəliyi zamanı, qaraciyər və dəri xəstəliklərində – qaşınma,
sızanaq, səpgi, çiban, ekzema, oynaqların iltihabı xəstəliklərdə
geniş tətbiq edilir. Qızdırmanı salıcı, orqanizmdə qanın
keyfiyyətini yaxşılaşdırıcı və sakitləşdirici kimi təsirlərə
malikdir. Cincilimdən ərzaq məhsulu kimi də geniş istifadə olunur.
Əsasən qutab və dovğada istifadə olunur.
Ürək ağrılarında: Ovuc böyüklüyündə bir dəstə təzə cincilim 0,5
litr qaynar suda 6 saat dəmlənir, süzülür. Yarım stəkandan gündə
3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Müalicə
müddəti 2-3 həftədir. Ürək xəstəliyindən əziyyət çəkənlər gündəlik
təzə cincilimdən hazırlanmış salatlar qəbul etməlidir.
Qalxanvarı vəzin xəstəliklərində: Bir xörək qaşığı quru bitkinin
üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə dəmlənir , soyudulur
süzülür. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə
qəbul edilir. Müalicə müddəti 6 aydır. Hər il profilaktika
məqsədilə kurs təkrar edilə bilər.
Mədənin xora xəstəliyində: Hər gün səhər acqarına 1 çay qaşığı təzə
sıxılmış cincilim şirəsi içilir. 2 xörək qaşığı quru cincilim
üzərinə 1 stəkan qaynar su tökülür, dəmlənir, axşamdan səhərə kimi
saxlanır. Səhər süzülür və gün ərzində hər yeməkdən 15 dəqiqə əvvəl
1 xörək qaşığı qəbul edilir.
Mənbə: Saglamolun.Az