Tbilisidə “Pəncərələrin o biri tərəfi” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası keçirildi
12 dekabr tarixində Tbilisidə gürcü yazıçısı T.Badzağuanın “Pəncərələrin o biri tərəfi” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Tamaşa Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı tərəfindən səhnəyə qoyulub.

Premyera Qriboyedov adına Rus Dram Teatrının kiçik səhnəsində baş tutub. Bu barədə teatrın rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosuna məlumat verdi. Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Nərmin Həsənova, Mədinə Həsənova və Fuad İsfahanlı iştirak etdilər. Turqay Vəlizadənin bildirdiyinə görə, tamaşa iştirakçıların marağına səbəb oldu və alqışlarla keçdi.

Tamaşanın quruluşçu rejissoru Ketevan-Xatuna Bedeladzedir. Tamaşanın rəssamı isə Aleksandr Slovinskidir.

Teatrın bədii rəhbərinin sözlərinə görə, əhalinin istəyini nəzərə alaraq tamaşanı yenidən tamaşaçılara təqdim edəcəklər. Tamaşa 22 dekabr tarixində saat 19:00-da Qriboyedov adına Rus Dram Teatrının kiçik səhnəsində baş tutacaq.

Biletin qiyməti 10 laridir və biletləri aşağıdakı saytdan əldə edə bilərsiniz: biletebi.ge

Tamaşanın keçiriləcəyi ünvan: Qriboedov teatrı Ş.Rustaveli prospekti 2/4, Tbilisi, Gürcüstan.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google