Marneuli meriyası Novruz bayramını qeyd etmək üçün 163 250 lari xərcləyəcək

Marneuli yerli özünüidarəsi 2024-cü ildə Novruz bayramında konsert təşkil edilməsi üçün xərcləri ötən ilə nisbətən ikiqat artırıb.


Marneuli meriyası 2024-cü ildə Novruz bayramı ilə əlaqədar tədbirlərin təşkil edilməsi xidmətinə 163 250 lari xərcləyəcək. Meriya 2023-cü ildə Novruz bayramının təşkil edilməsinə 82 541 lari xərcləmişdi.

Meriya tərəfindən elan edilmiş tenderə görə, konsertdə Azərbaycandan dəvət edilmiş müğənnilər də ifa edəcəklər.

“Azərbaycanda fəaliyyət göstərən, tanınmış 1 ya 3 (xanım, bəy), 45 yaşa qədər, çox sayda albomu olan müğənni. Repertuar müddəti - ən az 45 dəqiqə.

Duet – xanım və bəy ifa etməlidirlər, onların repertuarı ən az 30 dəqiqə olmalıdır.

Aşıq xanım, müxtəlif müsabiqələrdə iştirak təcrübəsi olmalıdır, azərbaycandilli mahnılarla çıxış etməlidir, ən az 10 dəqiqəlik repertuarı olmalıdır.

Azərbaycan estrada mahnılarının ifaçısı, kişi müğənni, 30-40 yaşlarında, hər biri ən az 2 mahnı oxumalıdır”,
- tender sənədlərində qeyd olunub.

Tender sənədlərinə görə, bayramda “Bahar qızı, Dədə Qorqud, Kosa və Keçəl” rollarının ifa edilməsi üçün aktyorlar dəvət olunacaq. Fayton yürüşü üçün 4 aktyor, animatorlar və ənənəvi musiqi alətlərinin ifaçıları.

Ötən il olduğu kimi, Novruz bayramında tonqal yandırılacaq, idman yarışları keçiriləcək və yerli sahibkarların öz məhsullarını sərgiləməsi üçün məkan ayrılacaq. Konsertdə eləcə də ənənəvi Azərbaycan yeməkləri və şirniyyatlarını dadmaq da mümkün olacaq.

Marneuli meriyası Novruz bayramı ilə əlaqədar tədbirin təşkil edilməsi xidməti üçün 13 fevral tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 23 fevraldan 26 fevral tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər.

“Novruz” – fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci hissəsi – “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni il bayramı kimi qeyd olunur. Bayram süfrəsinə xüsusi diqqət yetirilir – xüsusilə bu gün üçün üç şiniryyat – Şəkərbura, qoğal və paxlava hazırlanır. Eləcə də qırmızı yumurtalar boyanır və səməni xonçasına düzülür.

21 mart tarixinə qədər 4 çərşənbə qeyd olunur. Çərşənbələr hər çərşənbə axşamı günü keçirilir. Bu etnik azlıqların kimliyinin bir hissəsidir. Çərşənbə həyat üçün mühüm olan dörd ünsürlə əlaqədardır: su, yel, torpaq və od.

Qeyd edək ki, Novruzun qeyd olunmasının qədim qaydasının təsvir edilməsinə “Pələng Dərisi Geymiş Pəhləvanda” da rast gəlirik.

Print Email
FaceBook Twitter Google