Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak olub
Kiyev vilayətində uşaq bağçası yaxınlığında Ukrayna vertolyotunun qəzaya düşməsi nəticəsində azı 17 nəfər həlak olub. Onların içində Daxili işlər naziri Denis Monastırski, onun müavini, nazirliyin digər aparıcı əməkdaşları, iki uşaq var.

Dövlət polisinin rəisi İqor Klimenko 20-dən çox yaralının, onlardan 10-nun uşaq olduğunu deyib.

Qəzanın səbəbi hələlik, bəlli deyil.



Yanvarın 18-də Kiyev yaxınlığındakı Brovari şəhərində uşaq bağçası yaxılığında helikopter qəza edib. Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba Telegram-da qurbanların olduğunu yazıb.

“Faciə vaxtı bağçada uşaqlar, müəssisənin işçiləri olub. Hamı evakuasiya edilib. Qurbanlar var”, – Kuleba yazıb.

Qəzanın səbəbi aydın deyil. Sosial mediada yanan binanın videoları yayılıb.


Qəzada Ukraynanın Daxili İşlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Ümumilikdə 16 nəfərin öldüyü bildirilir.

Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko yazıb ki, ölənlər və qəzanın baş vermə səbəbləri araşdırılır.

Kiyev vilayəti polisinin sözçüsü İrina Pryanişnikova uşaqların evakuasiya olunduğunu, zərərçəkənlər arasında uşaq olmadığını bildirib.


Print Email
FaceBook Twitter Google