Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Litvaya işgüzar
səfərinə icazə verməyib.
Bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı
hökumətin saytında dərc edilib.
“Gürcüstan Prezidentinin aprelin 10-dan 12-dək Litva
Respublikasının Vilnüs şəhərinə işgüzar səfəri rədd
edilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, Prezidentin “Gürcü Arzusu” partiyasının iqtidarda
olduğu hökumətlə münasibətləri Ukraynada müharibə başladıqdan sonra
ən aşağı həddə çatıb. Prezident Zurabişvili hökuməti Kiyevə
yetərincə dəstək vermədiyinə, Moskva ilə yaxınlaşmasına və ölkənin
Avropaya inteqrasiyası istiqamətində zəif səylərə görə tənqid edir.
Hökumət isə Prezidentin xarici səfərlərini əngəlləməyə başlayıb və
bunu Prezidentin verdiyi bəyanatlarla ölkəyə zərər vurması ilə
əlaqələndirir.
Prezident Salome Zurabişvili artıq bir neçə dəfə şəxsi vəsaiti
hesabına Avropaya ezamiyyətə gedib.
Bir il əvvəl də Zurabişvili hökumətin icazəsi olmadan Litvaya və
digər Baltikyanı ölkələrə səfər edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415