Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, hökumət
futbol üzrə Avropa çempionatı üçün Almaniyaya əlavə birbaşa uçuşlar
üzərində işləməyə başlayacaq.
"Bildiyiniz kimi, iyunun 18-dən Gürcüstanın futbol üzrə
yığma komandası Avropa çempionatında oyunlar keçirəcək. Təyyarə
biletlərinə çox böyük tələbat var, artıq aviaşirkətlər bundan
yararlanıblar. İqtisadiyyatın qanunu budur ki, təchizatı tələb
müəyyən edir. Müvafiq olaraq, təyyarə biletlərinin qiymətləri -
bəzi hallarda, hətta bir neçə dəfə artıb.
Mən İqtisadiyyat Nazirliyindən xahiş edərdim ki, Almaniyanın
Düsseldorf və Hamburq şəhərlərinə əlavə birbaşa reyslərin təşkili
üçün işə başlasın. Həmvətənlərimizə sabit, aşağı tariflə biletlər
təklif etmək vacibdir”, - Kobaxidze hökumətin
iclasında deyib.
Gürcüstan millisi Avropa çempionatının qrup mərhələsində iyunun
18-də Dortmundda Türkiyə, 22-də Hamburqda Çexiya, 26-da
Gelzenkirxendə Portuqaliya ilə qarşılaşacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.