Marneulinin iki məktəbində mandatur vəzifəsinə vakansiya elan olunub
Marneulinin iki məktəbində mandatur vəzifəsinə vakansiya elan olunub. Mandaturların seçim müsabiqəsini təhsil müəssisələrinin mandatur xidməti elan edib.
  • Marneuli bələdiyyəsinin Qaçağan ictimai məktəbi – 1 vakansiya;
  • Marneuli bələdiyyəsi, Əzizkənd ictimai məktəbi – 1 vakansiya;
Mandatur vəzifəsinə təyin oluna bilər:
  • 21 yaşdan yuxarı, əmək qabiliyyətli Gürcüstan vətəndaşı;
  • Məhkumluğu olmayan;
  • Peşə təhsili ilə yanaşı ümumi təhsil və ya ali təhsili olan;
  • Dövlət dilini bilən;
  • Vəzifə səlahiyyətlərini icra etmək üçün müvafiq sağlamlıq vəziyyəti;
Elekton poçt ( CLOAKING ) ünvanına göndəriləcək sənədlər:
  • Ərizə (tam doldurulmuş, skaner variantı deyil);
  • Şəxsiyyət vəsiqəsi;
  • Attestat;
  • Ali təhsili təsdiq edən, yaxud peşə təhsilini təsdiq edən diplom və ya attestat (Ümumtəhsil müəssisəsinin yalnız baza pilləsini bitirdiyi halda, kollec diplomunun həqiqiliyinin təsdiqi, sənəd qeyd olunan diplomun attestata bərabər olmasını əhatə etməlidir);
  • Əməkhaqqı: 1000 lari (vergi daxil olmaqla).
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2023-cü ilin 27 sentyabrından 6 oktyabra qədər müraciət edə bilərlər.

Print Email
FaceBook Twitter Google