Marneulinin ictimai məktəblərində direktor seçkiləri keçiriləcək
Marneuli bələdiyyəsinin 8 məktəbində direktorlar seçkisi keçiriləcək. Elm və Təhsil Nazirliyi direktorlar seçkisi keçiriləcək məktəblərin siyahısını yayımlayıb. Marneuli bələdiyyəsinin Yeni Dioqnisi, Tamarisi 1 saylı, Kəpənəkçi, Şulaveri 2 saylı, Marneuli 1 saylı, Marneuli 2 saylı, Marneuli 5 saylı və Marneuli 6 saylı ictimai məktəblərində direktorlar təqdim olunub. Yerli Resurs Mərkəzdən “Marneuli” radiosuna bildirdilər ki, indiki mərhələdə onlara 8 namizədin ərizəsi gəlib.

Ölkə miqyasında məktəblərdə əsasən direktorluğa bir nəfər namizəd təqdim olunub. Bu isə deməkdir ki, məktəblərin Qəyyumlar Şurasının seçim imkanı olmayacaq. “Təhsil üzrə ekspert, Mülki İnteqrasiya və Millətlərarası Əlaqələr Mərkəzinin rəhbəri Şalva Tabatadze 8 avqustda Marneuli” radiosuna bildirmişdi ki, direktorların söhbət mərhələsində Marneulinin 74 məktəbində 17 namizəd qeydiyyatda keçmişdi. Buradan 15 məktəbin direktorluğa yalnız bir nəfər namizədi var idi.

“Şulaveri 2 saylı ictimai məktəbində 2 namizəd, Marneuli 2 saylı məktəbdə 2 namizəd, Tsereteli məktəbində isə 3 namizəd qeydiyyatdan keçib”,Şalva Tabatadze 8 avqustda bildirmişdi.

Təhsil Nazirliyi söhbət mərhələsinin nəticələrini 5 oktyabrda yayımlayıb və ictimai məktəbin Qəyyumlar Şurasına seçim üçün təqdim olunacaq direktorluğa namizədlərin, müvafiq məktəblərin siyasını təqdim edib.

Nazirliyin Məktəbəqədər və Ümumtəhsil İnkişaf Departamenti seçilmiş namizədlərin siyahısının təsdiqlənməsindən 5 gün ərzində müvafiq ictimai məktəbin Qəyyumlar Şurasına namizədin seçim üçün təqdim olunmasını təmin edəcək. Müvafiq ictimai məktəbin Qəyyumlar Şurası 5 gün ərzində, təqdim edilmiş namizədlərdən 6 il müddətinə direktorlar seçəcək.

Direktorluğa namizədlər öz proqramlarını ictimai iclasda Qəyyumlar Şurasına təqdim edəcəklər.

Print Email
FaceBook Twitter Google