Marneulinin məktəbləri üçün “EKO-MÜSABİQƏ” elan edilib
Marneulinin məktəbləri üçün “EKO-MÜSABİQƏ” elan edilib. Tasso Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Düşüncə” təşəbbüs qrupu “Plastik çirklənməni dayandırın” şuarı altında Marneuli Bələdiyyəsinin məktəbləri üçün müsabiqəyə başlayıb.

16 oktyabr tarixindən 29 dekabr tarixinə qədər Marneuli bələdiyyəsində fəaliyyət göstərən dövlət və ya özəl məktəblər müsabiqəyə qoşula bilər.

Müsabiqənin şərtləri:
  • Ən azı 30 kq plastik toplanılmalıdır;
  • Yığılmış plastik tullantıları Marneuli şəhərində Azərbaycan evinin (Ataholding) həyətində açılmış plastik tullantıları atma məntəqəsinə təhvil verilməlidir;
  • Yığılan tulantıların miqdarı barədə məlumat verilməlidir
“Yaşıl Düşüncə” təşəbbüs qrupunun məlumatına görə, onlara təhvil verilən tullantıların əvəzinə hədiyələr veriləcək.

“Biz sizə yığdınız plastik tullantıların əvəzində hər dəfə eko-hədiyyəciklər, maraqlı kitablar və məktəb ləvazimatları verəcəyik. İlin sonunda ən çox plastik tullantı toplayan məktəb bəlli olacaq. Qalib məktəb “Marneuli Bələdiyyəsinin Ən Yaşıl Məktəbi” mükafatına layiq görüləcək!”, – məlumatda deyilir.

Müsabiqənin qalibi olan məktəb dekabrın 30-da layihənin yekun görüşündə elan ediləcək.

Müsabiqədə iştirak etmək üçün:
  • Məktəbinizin şagirdlərindən və müəllimlərindən ibarət yaşıl komanda yaradılması və ona ad verilməsi. (Komanda üzvlərinin maksimum sayı - 20 iştirakçı olmalıdır. Komandanın müxtəlif siniflərdən olan şagirdlərdən ibarət olması mümkündür)
  • Qeyd olunan linkdən qeydiyyatdan keçmək: https://forms.gle/pXjzVMnKGkJGGdG6
Qeydiyyatdan keçdikdən sonra plastik tullantıların çatdırılma ilə bağlı təşkilat sizinlə əlaqə saxlayacaq.

Əlavə məlumat almaq üçün:
  • “Yaşıl Düşüncə” Facebook səhifəsi: https://www.facebook.com/ProtectEnvironment12
  • E-poçt: CLOAKING
  • Telefon: +995 571 50 73 48, +995 555 79 17 53.
Qeyd edək ki, müsabiqə Tasso Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “ThinkGreen: 3R Marneuli” layihəsi çərçivəsində həyata keçirilir.

Print Email
FaceBook Twitter Google