İstintaq xidməti saxta sənədlərdən istifadəyə görə dövlətə aid məbləğin mənimsənilməsi faktını aşkar edib
12:29 / 15.02.2019
Gürcüstanın
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan
əməliyyat nəticəsində saxta sənədlərdən
istifadəyəgörə
dövlətə aid məbləğin mənimsənilməsi faktı ilə bağlı istehsalçı
subyekti məsuliyyətə cəlb edib.
İstintaqla müəyyən edilib ki, 2018-ci ildə cinayətdə iştirak edən
şəxslər dövlət tenderində qalib gəliblər və onun əsasında Sameqrelo
regionunun bələdiyyələrindən birində məktəbəqədər yetişdirmə
müəssisəsi üçün ümumilikdə 200 m3 odun verməli imişlər. İttiham
olunan qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə malın alqı-satqı
aktlarında real olaraq verilmiş odunun həcmini saxtalaşdırıb və
faktiki olaraq verilmiş 74 m3 odun əvəzinə ödəmə tələb edib və
odunun tam – 200 m3 həcminə görə alıb. Bu yolla ittiham olunan
aldatmaqla dövlətə aid olan 7 768 lari mənimsəyib.
İstintaq Gürcüstan cinayyət məcəlləsinin 180-ci maddəsinin ikinci,
210-cu maddəsinin birinci və 362-ci maddəsinin ikinci hissələri ilə
başlayıb. MAddələr cəza olaraq 4-dən 7 ilə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.