Bu gün, martın 26-da paytaxtda keçiriləcək futbol matçının
azarkeşləri üçün Tbilisi ictimai nəqliyyatının iş vaxtı artırılır.
Martın 27-si saat 02:00-dan etibarən metro və 20-dən çox avtobus
xəttinin fəaliyyəti davam etdiriləcək.
Qərar Tbilisi meriyası tərəfindən qəbul edilib.
- Poniçala;
- Qldani;
- Muxiani;
- Temka;
- Diğomi massivi;
- Didi Diğomi;
- Aeroport;
- Krtsanisi;
- Mtatsminda;
- Avlabari;
- Saburtalo və Vake istiqamətlərinə gedən avtobusların iş
saatları daha çox olacaq.
Metro ilə birlikdə gecə saat
02:00-a qədər 25 istiqamət üzrə
avtobuslar da işləyəcəklər.
Nə Varketili, nə də Vazisubani qəsəbələrinə sərnişin
gətirən xətlərin heç biri siyahıya daxil edilməyib.
“Bu gün futbol azarkeşlərinin toplaşdığı Rustaveli
prospektinə və “Dinamo Arena”ya gedən avtobusların iş saatı
uzadılıb”, - Tbilisi meriyası "Azadlıq" Radiosuna
bildirib.
Bu gün saat 21:00-da Gürcüstan millisi "Dinamo Arena"da Yunanıstan
millisi ilə Avropa çempionatının pley-off mərhələsinin final
oyununu keçirəcək.
Tbilisi meriyasının təşkilatçılığı ilə azarkeşlər matçı Respublika
meydanında izləyə biləcəklər.