Azərbaycanın Xarici İşlər Nazirinin müavini olaraq Ramiz Həsənov təyin olunub
Azərbaycanın Gürcüstandakı keçmiş səfiri Ramiz Həsənov Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin olunub.
Standartlaşdırma, Metrologiya və Patentlər üzrə DövlətKomitəsinin ləğv olunan strukturunun rəhbəri Ramiz Həsənov Xarici İşlər Nazirinin müavini vəzifəsini daşıyacaq. Bu haqda etibarlı mənbələrə istinadən Azərbaycan mediası yazır.

Haqqin.az-ın yazdığına görə Xarici İşlər Nazirinin beş müavini var. Ramiz Həsənov 5 müavindən birini əvəz edib və ya altıncı müavin olub bu məlum deyil.

Standartlaşdırma, Metrologiya və Patentlər üzrə DövlətKomitəsi prezidentin sərəncamı ilə 2018-ci ilin 20 aprel tarixində ləğv olunub.

Ramiz Həsənov 2003-2005-ci illərdə Azərbaycanın Gürücstandakı Fövqəladə və Tamhüququlü səfiri olub.

2005-ci ildən Standartlaşdırma, Metrologiya və Patentlər üzrə DövlətKomitəsinə rəhbərlik edib.

1961-ci ildə Gürücstanda, Marneulidə anadan olub. Onun siyasi karyerası 1990-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb.

Hal-hazırda onun qardaşı Dursun Həsənov Azərbaycanın Gürcüstandakı Fövqəladə və tamhüquqlu səfiridir.

Print Email
FaceBook Twitter Google