Rusiya şəkər ixracına qadağa qoymağa hazırlaşır.
Onu da qeyd edək ki, Rusiya Gürcüstanın şəkər idxalçıları arasında
ikinci yerdədir. Daha dəqiq desək, onun 2023-cü ildə idxalda payı
təxminən 14,7% təşkil edib.
Milli Statistika Xidmətinin məlumatına görə, ötən il Rusiyadan
Gürcüstana 14,760 milyon ABŞ dolları dəyərində 22,804 ton şəkər
daxil olub.
2023-cü ildə Gürcüstana şəkər idxal edən 5 əsas ölkə belə
görünür:
- Braziliya - 43,981 milyon dollar
- Rusiya - 14,670 milyon dollar
- Mərakeş - 12,731 milyon dollar
- Birləşmiş Ərəb Əmirlikləri - 9,162 milyon
dollar
- Fransa - 7,906 milyon dollar
2024-cü ilin yanvarına gəlincə, bu müddət ərzində Gürcüstana 2728
milyon dollar dəyərində 3479 ton şəkər daxil olub. Bu ilin yanvar
ayında Rusiyadan 8
5 min dollar dəyərində 124 ton şəkər almışıq.
Xatırladırıq ki, Rusiya şəkər ixracını müvəqqəti qadağan edə bilər.
Artıq Rusiya Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı qərar
layihəsi hazırlayıb. Qadağa 2024-cü il avqustun 31-dək qüvvədə
olacaq.