Prezidentliyə namizəd Salome Zurabişvili
ikinci tur çərçivəsində artıq səs verib. Onun dediyinə görə, səsini
“təbəssümlü Gürcüstan”a verib.
“Mən öz səsimi ən Avropalı namizədə səs
verdim. Mənim seçimim dinc Gürcüstandır, mənim seçimim vahid
Gürcüstandır, mənim seçimim sakit Gürcüstandır, mənim seçimim
təbəssümlü Gürcüstandır”, - Salome Zurabişvili səs verdikdən sonra
bildirib.
Gürcüstan vətəndaşları bu gün, 28 noyabr
tarixində prezidentliyə namizədlər Salome Zurabişvili və Qriqol
Vaşadze arasında seçim edəcəklər.