28 dekabr tarixində Marneulidə “Mənim Yeni İlim 2024” mövzusunda
rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Müsabiqə “Marneuli Amerika Guşəsi” və “Marneuli İctimai
Kitabxanası”nın birgə təşkilatçılığı ilə baş tutub.
İştirakçıların əsərləri kitabxananın konfrans zalında nümayiş
etdirilib. Rəsm müsabiqəsi çərçivəsində üç əsər seçilib. Qalib olan
üç əsərin müəllifinə “Biblus”dan 50 larilik hədiyə çeki verilib. 6
müxtəlif nominasiya üzrə qalib olan şəkillərin müəlliflərinə isə
sertifikat və 25 lari dəyərində hədiyyə çeki təqdim olunub.
“Qalib gələn şagirdlər 8 saylı ictimai məktəbinin
şagirdi Nərmin Əliyeva, 3 saylı ictimai məktəbinin şagirdi Qələmzər
Əmirxanova və Kürtlər ictimai məktəbinin şagirdi Aysel Rəfiyevadır.
Nominasiya üzrə ən yaxşı texniki göstərici 4 saylı ictimai
məktəbinin şagirdi Raniyə Kərimova, Böyük Muğanlı ictimai
məktəbinin şagirdi Duyğu Ələkbərova, Tamarisi 1 saylı ictimai
məktəbinin şagirdləri Anamaria Berdelidze, Liza Dapadze və Sesili
Panqanidir”, – “Marneuli İctimai Kitabxanası”ndan
“Marneuli” radiosuna bildirdilər.
Qeyd edək ki, müsabiqədə Marneulinin 19 ictimai məktəbi iştirak
edib və 200-dən çox rəsm təqdim olunub.