“Gürcüstanda etnik azlıq nümayəndələrinin dövlət
dilinin öyrədilməsinə pul ödəməli olduğunu demək
yanlışdır”
– bu barədə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət
naizrliyinə namizəd Tea Axvlediani qanunvericilik orqanında,
komitələrin birləşmiş iclasında bildirib. Tea Axvledianinin bu
çıxışına mülki fəalar münasibət bildirib və deyirlər ki, nazirin
çıxışı onlara aydın deyil. Bir halda ki, “1+4” proqramı ilə qəbul
olmuş tələbələr ali
təhsil müəssisələrinə illik 2 250 larini məhs
dil öyrənməyə ödəyirlər. Qardabanili mülki fəal Aytac Xəlillinin
fikri Tea Axvledianinin fikrinə ziddir və o, bildirir ki, nazirin
bəyanatı qəbuleidlməzdir, hətta təhqiredicidir.
“Onun sözlərini adi dilə tərcümə etsək adam deyir ki,
biz yalan deyirik, universitetlər yalan deyir və bu halda
yalan-doğru məsələsini ortaya qoyur. Mənim fikrimcə, bu mühümdür
çünki universitetlərin də buna münasibət bildirməsini gözləyirik.
Biz görüş keçirməyə cəhd göstərəndə bu tipli görüşlər üçün açıq
deyil, sonra çıxır və belə danışır. Bu halda əgər biz yalan
deyiriksə, o zaman bu pulu nəyə ödəyirik, universitetlər bizi
aldadır? Çox yaxşı bilirik və əminəm ki, özləri də bu bir ildə
ölkədə maliyyələşdirmə sisteminin necə olduğunu özləri də bilirlər.
Yaxşı bilirlər ki, illərdir yalnız azərbaycandilli icmadan 100,
ermənidilli icmadan 100 tələbəni maliyyələşdirirlər. İllərdir
bununla bağlı da mübahisəmiz gedir ki, kvota dəyişməlidir. 2010-cu
ildə, bu proqram necə başlayıbsa elə də davam edir və
maliyyələşdirmə sistemində heç bir dəyişiklik yoxdur. “Bilmirəm,
niyə, bu adam bu sözləri niyə deyib, təəccüblənirəm və
maraqlanıram, mənim üçün onun mövqeyini başa düşmək çox mühümdür,
bu nəticəyə nəyin əsasında gedib çıxıb”, – Aytac
bildirib.
Tea Axvlediani öz çıxışında bildirib ki, onun nazirliyi dövründə
müxtəlif formatda dövlətin etnik azlıq nümayəndələri üçün təhsilin
hər bir pilləsində, məktəbəqədər təhsildən başlamış orta təhsil
səviyyəsində, peşə və ya ali təhsil müəssisələrində, qeyri-formal
təhsilini təmin etməsi imkanlarını dərindən müzakirə edirlər. Onun
sözlərinə görə, bu imkanlar tam təmənnasızdır və rəngarəngdir.
Dövlət Nazirinin Aparatı yuxarıda sadalananları ictimaiyyətə
aydınlaşdırmaq məqsədilə Elm və Təhsil Nazirliyi ilə birgə
genişmiqyaslı məlumat kampaniyası həyata keçirib:
“Bizi
gürcü dili birləşdirir – gürcü dilini öyrən” – məhz ölkəmizin
qeyri-gürcü vətəndaşlarına təklif etdiyimiz imkanlar haqqında hər
bir insanın dərin məlumat sahibi olması üçündür” –
Axvlediani bildirib.
Saqarecolu mülki fəal Ayhan Həsənli “Gürcü dili bizi birləşdirir –
gürcü dilini öyrən” kampaniyasını məqsədəuyğun hesab etmir və bunun
daha çox populizmə xidmət etdiyini deyir.
“Gürcü dili bizi birləşdirir sona qədər populist
bəyanatdır. Barışıq Aparatı bildirir ki, kampaniyanın məqsədi etnik
azlıq nümayəndələrinin məlumatlandırma səviyyəsinin artırılmasıdır,
bunun nəticəsində etik azlıq nümayəndələri gürcü dilini
öyrənsinlər. Bu tamamilə cəfəngiyyatdır, çünki bu kampaniya ilə
əlaqədar etnik azlıqların dilində heç bir video çarx yoxdur ki,
əhalinin məlumatı olsun. Bunların reklam edilməsinə, plakatlara
böyük vəsait xərclənir. Yaxşı olardı ki, bunu birbaşa yeni
bağçaların tikintisi üçün istifadə
edərdilər”.
“Bizi gürcü dili birləşdirir - gürcü dilini öyrən”
kampaniyasının video çarxlarından birində gürcü dilli olmayan uşaq
bağçalarında məktəbəqədər yaşlı uşaqların ikidilli tədris, ikidilli
üsulla dövlət dilini mənimsəmək imkanının olduğu qeyd edilir. Aytac
Xəlilli deyir ki, etnik azlıqların məskunlaşdığı bölgələrdə
bələdiyyələrin əksəriyyətində uşaq bağçası olmadığından bu üsul
effektiv olmayacaq.
“Bu gün, məsələn, Bolnisi və Dmanisdə uşaq bağçalarının
əlçatanlığı, qeyri-gürcüdilli kəndlərdə uşaq bağçalarının
olmamasına görə təhsil onlar üçün nə gürcü, nə də Azərbaycan
dilində əlçatan deyil. İkidilli təhsil mövcuddur, bu “messagebox”
kimidir. Biz deyirik ki, Qardabani bağçaların sayına görə
çempiondur və əslində orada ikidilli təhsil yoxdur? Bildiyimə görə,
təkcə Marneulidə bir neçə bağçada həyata keçirilib və bu bütün
region olaraq ümumiləşdirilir ki, bu dezinformasiyadır. Onlar
özləri stereotiplər qururlar ki, dövlət hər cür imkanlar yaradır,
özləri qəsdən dövlətin dilini öyrənmirlər”.
Dmanisalı fəal Ruslan Ömərov Barışıq və Vətəndaş Bərabərliyi üzrə
Dövlət Naziri vəzifəsinə namizədin bəyanatına cavab verib və
Axvledianinin çıxışının onun üçün də anlaşılmaz olduğunu deyir.
“O, pulsuz proqram haqqında deyəndə bir az
təəccübləndim. Əslində pulsuz deyil, maliyyələşdirmə qrantdan
asılıdır və onu da müəyyən qism adamlar ala bilir. O, həmçinin
bildirib ki, onların təhsilin bütün pillələrində təhsil almaq
imkanları var və əslində biz bilirik ki, hətta statistik olaraq
etnik azlıqların bütün bunlara əlçatanlığı azdır. Etnik azlıqların
yaşadığı əksər bələdiyyələrdə, məsələn, Dmanisinin kəndlərində,
ümumiyyətlə, uşaq bağçası yoxdur. Onun belə deməsi və başqasını
yalan danışmaqda ittiham etməsi mənə qəribə görünür”,
– Ruslan Ömərov deyir.
“Marneuil” radiosu Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət
Naziri Aparatında əlavə şərh yazmağa çalışdı. Etnik azlıqlar üçün
gürcü dilini öyrənməyə hansı pulsuz imkanların olduğunu,
proqramların neçə məktəb və uşaq bağçasında həyata keçirildiyini,
bunun nə dərəcədə effektiv olduğunu öyrənmək istədik.
Aparatdan bildirdikləri kimi, bizdə olan suallara cavab Tea
Axvledianinin parlamentə göndərdiyi hesabatda öz əksini tapıb. Buna
əsasən,
“2023-cü ilin sentyabrından başlayaraq plana uyğun
olaraq, ikidilli təhsil modelinin coğrafi əhatə dairəsi tədricən
genişləndirilib” yazılsa da, regionların timsalında məlumat
axtarılmır. Bu gün proqram qeyri-gürcüdilli 36 uşaq bağçasında və
170-ə yaxın məktəbdə həyata keçirilir. Ötən il pilot proqramın
nəticələrinin təhlili nəzərə alınaraq təlim resurslarının
hazırlanması prosesi davam etdirilir, eyni zamanda 23 ibtidai
səviyyəli məşqçi proqrama cəlb olunmuş məktəblərin ikidilli
müəllimlərinə mütəmadi məsləhətlər verir”.