“Birinci sinif şagirdləri arasında 15 yaşlı şagirdlər də var”
2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərində 634311 şagird təhsil alır ki, onlardan 305945-i qız, 328366-sı oğlandır.

Gürcüstanın Milli Statistika Xidmətinin saytında dərc olunan məlumata görə, 1-ci sinifdə 55 806 şagird təhsil alır.

Rəsmi məlumatlara görə, birinci sinif şagirdləri arasında aşağıdakı şagirdlər də var: 15 yaş (2 şagird), 12 yaş (1 şagird), 11 yaş (9 şagird), 10
yaş (15 şagird), 9 yaş (74 şagird), 8 yaş (399 şagird), 7 yaşlı (15 851 şagird) və 6 yaşlı (39 455 şagird).

Milli Statistika Xidmətinin məlumatına görə, 15 yaşlı birinci sinif şagirdlərindən 1-i qız, 1-i oğlandır.

Print Email
FaceBook Twitter Google