3 000 dollardan 13 500 dollara qədər - xarici tələbələrə Gürcüstan universitetlərində təhsil almaq neçəyə başa gəlir
2023-cü ilin məlumatlarına görə, Gürcüstanda əcnəbi tələbələrin sayı 35 minə yüksəlib. Buna uyğun olaraq, “Business Press News” Gürcüstana gələn əcnəbi tələbələrin ən populyar universitetlərdə təhsil, xüsusən də bakalavr pilləsi təhsili almaq üçün nə qədər xərc çəkdiyi ilə maraqlanıb.

İlya Dövlət Universiteti:
  • Biznesin idarə edilməsi - 4 illik təhsil - bir illik ödəniş 3200 dollar;
  • Kompüter mühəndisliyi -
    4 illik təhsil - bir illik ödəniş 3700 dollar;
  • Kompüter elmləri - 4 illik təhsil - bir illik ödəniş 3700 dollar;
  • İnşaat mühəndisliyi - 4 illik təhsil - bir illik ödəniş 3700 dollar;
  • Elektrik mühəndisliyi - 4 illik təhsil - bir illik ödəniş 3700 dollar.
Gürcüstan Universiteti:
  • Biznesin idarə edilməsi - 4000 dollar bir illik ödəniş;
  • Mühəndislik (kompüter elmləri) - bir illik ödəniş 4000 dollar;
  • İnformasiya texnologiyaları - bir illik ödəniş 4000 dollar;
  • Tibb bacısı - bir illik ödəniş 3500 dollar;
  • Farmakologiya - bir illik ödəniş 4500 dollar;
  • İngilis filologiyası - bir illik ödəniş 3000 dollar.
Tbilisi Dövlət Tibb Universiteti:
  • ABŞ Tibb Doktoru Proqramı - beynəlxalq tələbələr üçün təhsil haqqı illik 13,500 ABŞ dollarıdır;
  • Beynəlxalq tələbələr üçün tibb doktoru proqramı - ildə 4000 dollar;
  • Stomatoloji Təbabət Proqramı - beynəlxalq tələbələr üçün təhsil haqqı - illik 4000 dollar.
  • Əczaçılıq fakültəsi - ildə 3500 dollar;
  • Fiziki tibb və reabilitasiya fakültəsi - ildə 3000 dollar;
  • İctimai səhiyyə və idarəetmə - ildə 4000 dollar.
New Vision Universiteti:
  • Fiziki təbabət və reabilitasiya - ildə 4500 dollar;
  • Biznes və informasiya texnologiyaları - ildə 4500 dollar;
  • Siyasi elmlər və beynəlxalq münasibətlər - ildə 4500 dollar;
  • Diş həkimi proqramı - ildə 7000 dollar;
  • Tibb Doktoru proqramı - ildə 7000 dollar.

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google