Gürcüstanda 2022-2023 tədris ilində 14 911 şagird təhsilini dayandırıb
Gürcüstanın Milli Statistika Xidmətinin dərc etdiyi məlumata görə, 2022-2023-cü tədris ilində ölkə üzrə 14911 şagird məktəbi yarımçıq qoyub ki, onlardan 8502-si oğlan, 6409-u
isə qızdır.


Qeyd edək ki, əvvəlki illərlə müqayisədə məktəbi tərk edənlərin sayı artıb. 2021-2022-ci tədris ilində 8846, 2020-2021-ci illərdə isə 7050 tələbə təhsilini dayandırmışdı.

Mənbə: etalon.ge
Print Email
FaceBook Twitter Google