Gürcüstan Azərbaycanlılar Konqresi Gürcüstan prezidentinə məktub ünvanlayıb
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Gürcüstan prezidenti Salome Zurabişviliyə açıq məktubla müraciət edib. Bu haqda məlumatı “Marneuli” radiosuna GAK sədri Hüseyn Yusubov verdi.

Onun sözlərinə görə, Salome Zurabişviliyə məktubu onlar onun andiçmə mərasimindən sonra yazıblar. Yazılan məktubda onlar gürcü dilini və xarici dilləri bilən, ali təhsilli Gürcüstanda yaşayan azərbaycanlı gənclərin prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunmalarını təklif ediblər.

“Ora bir iki nəfərin işə alınması o demək deyil ki, bununla gənclərimizin işsizlik məsələsi həll olunur. Xeyr, gənclərimizdə bir ruh yüksəkliyi yaranmış olur. Gənclərimizin Gürcüstana inteqrasiyasına bir stimul olmuş olur. Bu baxımdan bu məsələni çox vacib sayıram” - Hüseyin Yusubov deyir.

GAK sədri onu da əlavə etdi ki, Gürcüstan prezidentinə ünvanladığı məktuba müsbət cavab alıblar. Cavab məktubunda qeyd olunub ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər