"Marşrutkanı hər dəqiqə saxlayırlar. Xalq harada gözləməli olduğunu bilərsə, yalnız orada gözləyər" - Marneuli sakini dayanacaqların olmaması ilə bağlı
Bələdiyyə və ya özəl nəqliyyatı gözləmək yorucu və vaxt itkisinə səbəb olan prosesdir, lakin bu nəqliyyatda getmək daha yorucudur və daha artıq vaxt itkisi deməkdir. Marşrut taksiləri sərnişin götürmək üçün addımbaşı saxlayırlar. Məhz buna görə də 20 dəqiqəlik yolu demək olar ki, bir saata getməli olursan.

Marşrut taksilərin tez-tez saxlamasına səbəb isə dayanacaqların olmamasıdır. Marneulidə cəmi bir neçə dayanacaq var, lakin onların əksəriyyəti yararsızdır və əksər hallarda sakinlər bu dayanacaqlardan istifadə etmirlər.

“Dayanacaqların olması vacibdir, çünki marşrutkalar yalnız dayanacaqlarda dayanmalıdır, hara gəldi yox. Addımbaşı saxlayırlar, çünki müvafiq yerlər yaradılmayıb”, – Marneulili gənc deyir.

“Mənim fikrimcə olmalıdır, çünki marşrutkanı hər dəqiqə saxlayırlar. Xalq harada gözləməli olduğunu bilərsə, yalnız orada gözləyər və hamı birlikdə minər. Fikrimcə gedəcəyimiz yerə belə daha tez çatarıq və marşrutkalar da saatda biri gəlməz”,
– Marneulili qız deyir.



Marneulidə dayanacaqlardan biri 5 saylı məktəbin qarşısındadır. Demək olar ki, bura xalqın ən çox istifadə etdiyi dayanacaqdır. Müəllim və şagirdlər məktəbdən, sakinlər isə bazardan çıxdıqda məhz bura toplaşırlar. Dayanacağın skamyası isə sınıb və sakinlər dəmir hasarın üstündə oturaraq gözləməli olurlar.



Marneuli merinin müavini Laşa Lobcanidzenin dediyinə görə, meriya bu məsələ ilə bağlı çalışır, lakin o, hələlik şərh verməkdən imtina edir.

Marneulidə dayanacaq sisteminin yaradılıb-yaradılmayacağı isə hələ ki həm “Marneuli” radiosu, həm də sakinlər üçün naməlum olaraq qalır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər