Marneulidə küçə ticarətinin “konservləşdirilmiş” islahatı
Marneulinin keçmiş meri Temur Abazovun şəhərdə küçə ticarətini qadağan etməsindən artıq bir il ötür.

Marneuli-Sadaxlı yolunda yuyucu və gigiyenik vasitələrinin satıldığı köşklər, bazarın ətraf ərazisində pendir və süd məhsulları ticarətçiləri qaydaya görə olmamalıdır, amma vəziyyət yenə də eynidir.

Marneuli-Sadaxlı yolunda gündəlik Azərbayacan və Ermənistana gedən maşınlar keçirlər, orada sarı brezendlə örtülmüş köşklər çoxdur. Köşklərin demək olar ki, özünəməxsus görünüşü var, uzun formada formalaşdırılmış iki sıra və müxtəlif yuyucu vasitələr yerləşdirilib, eyni zamanda satıcının günəşli və yağışlı günlərdə özünü rahat hiss etməsi üçün kiçik bina var.

Bazarın ətraf ərazisində isə gündəlik süd məhsulları ticarətçilərinə rast gələ bilərsiniz. Onların məhsulunun keyfiyyətini heç ərzaq mühafizəsi agentliyi nə də bələdiyyə yoxlamır.

Abazovun islahatının birinci mərhələsində, 2018-ci ilin yanvarında meriya Marneuli-Sadaxlı yolunda yerləşən küçə ticarətçilərinə xəbərdarlıq etmişdi ki, özlərinin qurduqları köşkləri uçursunlar. Meriyada qeyd olunan məsələ ilə bağlı iş görüşləri də baş tuturdu. Yerliözünüidarə isə alternativ məkan axtarırdı ki, küçə ticarətçilərini oraya keçirmək mümkün olsun.

Qeyd olunan təşəbbüs Marneuinin o zamankı meri Temur Abazovun həbsindən sonra demək olar ki, unuduldu. Meriyada bu məsələ ilə bağlı müsahibə verməkdən çəkindilər.

Temur Abazov Marneuli sakini Elçin Allahverdiyevə qarşı təhqiredici və insanlıqdan kənar yanaşma ittihamı ilə 2018-ci ilin 13 iyununda saxlanıldı.

İyulda meriya artıq bazarın ətraf ərazisində yerləşən küçə ticarətçilərinə xəbərdarlıq etdi ki, onlar bazar ərazisinə keçsinlər, amma xəbərdarlıq elə xəbərdarlıq olaraq da qaldı.

Marneuli meriyasından hələ də şifahi şəkildə bizə cavab vermirlər ki, bələdiyyənin küçə ticarətini həll etmək üçün hansı planı var və suala cavab vermək üçün yazılı şəkildə müarciətə 10 gün cavab gözləməyimizi xahiş edirlər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər