Təcili Tibbi Yardım Mərkəzinin tikintisi təxminən iki ildir ki davam edir
Marneulidə təcili tibbi yardım mərkəzi hələ də tikilməyib. Onun tikintisi 2017-ci ildə başlanılıb və bu gün yalnız binanın karkası düzəldilib. Qaydaya görə bina 2018-ci ildə tikilməli idi.

Mərkəzin tikintisi üçün meriya 152 000 larilik tenderi 2017-ci ilin sentyabrında elan edib. Qalib şirkət “İnter Plus” MMC artıq iki ildir ki, bir mərtəbəli tibbi mərkəzin tikintisi üçün çalışır. Məbləğin 95%-ni dövlət büdcəi təmin edir 5%-ni isə yerli özünüidarəetmə.

Tibbi yardım mərkəzinin tikintisinin qalan işlərinin və ətraf həyət ərazisinin bərpası işlərinin yeirnə yetirilməsi üçün daha bir yeni, 156 692.00 larilik tenderı Marneuli meriyası 2019-cu ilin 17 fevralında elan edib. Tender mənfi nəticə ilə bitib.

Tibbi yardım mərkəzinin tikintisinə niyə bu qədər vaxt lazım olub və sona qədər işlər nə zaman başa çatacaq bu suallara meriyadan hələ də cavab gözləyirik.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər