Bəzi satıcılar səməni üçün buğdanı pulsuz verirlər
Novruz bayramına iki həftə qalıb. Artıq bütün evlərdə bayram hazırlıqlarına başlanılıb, evlərdə təmizlik işləri aparılır, səməni cücərdilir.

Səməni “Novruzun” əsas atributlarından biridir ki, bu da həyat və bolluq rəmzi hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur.

Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir.

Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır. Buna görə də insanlar bazara üz tutaraq buğda alaraq evlərində səməni cücərdərlər.

Marneuli bazarında da bəzi buğda satan satıcılar səməni üçün alınan toxumu pulsuz verirlər. Onlar bunu onunla izah edir ki, bu bayram azərbaycanlıların milli bayramıdır və hər kəs evində səməni cücərtsin deyə alıcılara hədiyə edirlər.

Xatırladaq ki, “Novruz” Bayramı əsasən Azərbaycan, Orta Asiya və Şərq ölkələrində qeyd olunur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər