Marneuli komissarlığında səs-küy - əsgər döyülmə faktından danışır
Marneuli sakini, əsgər Kazım Qəhrəmanov təsdiq edir ki, onu Krdzanisi tədris mərkəzində döyüblər. Kazımın sözlərinə görə, onun pulunu qəsb edirlərmiş, etiraz etdiyi halda isə fiziki olaraq hesablaşıblar. Əsgərin göz nahiyəsində göy ləkə görünür.

“9 mart tarixndə təqribən gecə saat 2-də əsgərlər gəldilər və azərbaycanlı əsgərlərdən pul tələb etdilər. Bəzisinin heç pulu da yox idi və sonra maaş kartlarımızı əlimizdən alırdılar, buna etiraz edəndə isə bizi döydülər. Bunların hamısı sejantlardan biri, Endeladzenin gözü qarşısında baş verirdi və o, heç nə demədi. Dünən isə başqa serjant da məni çağırdı və dedi ki, 7 ay yenə burada olmalıyam və bu faktı kiməsə bidlirsəm sonra daha betər edəcəklər” – Kazım Qəhrəmanov deyir.

Marneulinin Hərbi Qeydiyyat, Çağırış və Səfərbərlik Xidmətinə bu gün Qəhrəmanovun valideynləri də gedblərmiş. Cavabı isə həmin xidmətdən tələb edirlər. Ancaq Hərbi Qeydiyyat, Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri Vaja Şubitidzenin bildirdiyinə görə, məsələni araşdırmaq onun səlahiyyətinə daxil deyil.

Marneuli radiosu Müdafiə Nazirliyindən məlumat almağa çalışır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər