Bu təşəbbüs illüziya yaratmaqdır ki, onlar fəaliyyətdədirlər və çalışırlar - EMC Dini Məsələlər üzrə Dövlət Agentliyi nümayəndəsinin təyin olunması haqqında

“Bu təşəbbüs ECRI-nin (İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyası) kritik qiymətləndirmələrinə ani reaksiyadır və fəal işləmələri ilə bağlı illüziya yaratmaqdır”,

– EMC-nin Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladze Kvemo Kartlidə Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsinin təyin olunmasını belə qiymətləndirib.

Agentliyin nümayəndəsinin hansı mandata sahib olacağı və Agentliyin resurslarının nə üçün kifayət etmədiyi də Mikeladze üçün anlaşılmazdır.

“Biz deyə bilmərik ki, Agentliyin işi çoxdur və yeni yaradılan idarə mərkəzdən yerinə yetirilməsi mümkün olmayan hansısa konkret iş həyata keçirəcək” – Tamta Mikeladze deyir.

Gürcüstanda Dini Məsələlər üzrə Dövlət Agentliyi 2014-cü ildə yaradılıb ki, bu da birbaşa baş nazirin tabeçiliyində fəaliyyət göstərir. Bərabərlik Siyasəti Proqramının direktoru agentliyin fəaliyyətini ümumiyyətlə mənfi dəyərləndirir və deyir ki, onlar konkret faktlarla bağlı təsirli addımlar atmırlar.

“Baxmayaraq ki, ilk baxışda yüksək mandatı var və birbaşa baş nazirə tabedir, biz görürük ki, təsirli deyil və o cümlədən hakimiyyətin hüquqlar planı ilə öhdəliyinə düşən mübahisəli binalarla bağlı qərar vermək, qanunvericiliyin təftişi və qanunvericilikdə diskriminasiyanın aradan qaldırılması və restitusiya siyasətinin hazırlanması kimi vəzifələri real olaraq yerinə yetirməyiblər və yalnız nominal funksiyaları yerinə yetirirlər”, – Tamta Mikeladze deyir.

Mikeladzenin dediyinə görə, Dini Məsələlər üzrə Dövlət Agentliyinin əsas işi dörd dini təşkilatın maliyyəsinin menecmenti, onlara pul köçürülməsi və onların xərclərinə nəzarətdir.

EMC-nin Bərabərlik Siyasəti Proqramının direktorunun dəyərləndirmələrinə görə, Agentliyin əsas məqsədi dini təşkilatlara, xüsusilə müsəlman icmasına nəzarətdir və bu şərtlərdə regional nümayəndənin təyin olunması, əlavə büdcə resurslarının xərclənməsi və bürokratik bəndlərin yaradılması tamamilə məqsədəuyğun deyil.


 

Print Email
FaceBook Twitter Google