Zarafatla qeydə alınmış video Parlament üzvünün etibardan salınmasına səbəb ola bilər


Gürcüstan Parlamentinin majoritar deputatı Ruslan Hacıyev onu etibardan salacaq video materiala görə iki nəfəri polisə şikayət edib.

Şikayət olunanlar Marneuli sakini Pərvin Abdullayev və Turkiyədə yaşayan Anar Orucovdur.

Anar Orucov Türkiyədə təxminən üç həftə əvvəl yumor xarakterli video çəkib. Video materialda o, Gürcüstanda olduğu müddətdə deputat Ruslan Hacıyevin ona təzyiq göstərməsindən danışıb və buna görə də ölkəni tərk edərək Türkiyəyə gedib orada yaşadığını bildirib.

Orucov daha sonra çəkdiyi videonu Marneuli sakini Pərvin Abdullayevə göndərib. Abdullayev ona göndərilən videonu sosial şəbəkə vasitəsi ilə digər şəxslərə göndərib.
Bir neçə gündür ki, Marneulidə səs küyə səbəb olan videoya Anar Orucov açıqlama gətirərək göndərdiyi videonun necə və hansı məqsədlə kimlər tərəfindən paylaşıldığı ilə bağlı məlumatının olmadığını dedi.

"Bir neçə gün bundan əvvəl mənim telefonuma whatsapp vasitəsi ilə video yazı göndərildi. Video yazıda mənə qarşı bir şantaj, böhtan bir yazıydı. Mən əlbbəttə ki, polisə ərizə ilə müraciət etdim. Həmin videoya görə təqdim etdim. Qanun çərçivəsində tədbir görülsün. Xahiş eylədim. Mənə göndərən adam Fizuli Qədimovdur. O, da polisdə izahatını veribdir" - Ruslan Hacıyev dedi.

Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev isə bildirdi ki, məsələni qanun çərçivəsində həll olunması üçün polisə şikayət ərizəsi ilə müraciət edib.

"Bu video hər hansı şəkildə başqalarına göndərilib və bu günə qədər bir çox insanda, Marneulidə artıq o video var. Mən istəməzdim ki, belə bir zarafat belə nəticə versin. Millət vəkili Ruslan Hacıyevə aid heç də belə deyil. Pərvinlə mənim ortaq bir tanışım var. Sadəcə burda bir bənzərlik var. Burada biz millət vəkili Ruslan Hacıyevi qəsd etmirik. İki ay sonra Gürcüstana qayıdacam, hüquqi yollarla həll etməyə çalışacam. Amma gəlmədən öncə sadəcə istəyərdim ki, həm insanlarmız, həm də Ruslan müəllim bilsin ki, bu bir zarafatdır. Və heç Ruslan Hacıyevlə əlaqəsi yoxdur. Süni gündəm yaradılmasın. Yaxşı olardı ki, bu videonu təxribat şəklində yayan insanlar tapılsın və cinayyətə cəlb olunsun" - Anar Orucov dedi.

Pərvin Abdullayev 10 mart tarixində polis tərəfindən dindirilib.

Məsələ ilə bağlı Pərvin Abdullayevlə əlaqə saxlamağa cəhd etsək də, telefonu bağlı olduğuna görə onun məsələ ilə bağlı şərhini öyrənə bilmədik.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, Cinayət Məcəlləsinin 157-1-ci prima maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə istintaq davam edir. Həmin maddə şəxsi həyatla bağlı sirrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadə edilməsi, yayılması və əlçatanlığının başqa yolla təmin edilməsini nəzərdə tutur və 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər