Marneuli meriyasının köhnə sosial proqramı ləğv olunub və yenisi hazırlanıb

Marneuli meriyasının köhnə sosial proqramı ləğv olunub və yenisi qüvvəyə minib. Bu haqda bu gün, 11 martda bələdiyyə məclisi iclasında məlum olub.

2019-cu ilin sosial yardım proqramı 1 00 145 000 lari müəyyən edilib.

Sosial yardım proqramı haqqında təqdimatı bələdiyyə məclisi sədrinin müavini Mamuka Naveriani təqdim etdi və bizimlə söhbəti zamanı bildirdi ki, indiyə qədər qüvvədə olan sosial proqram “bizim əhalinin tələblərinə cavab vermirdi”.

“Marneuli meriyası və bələdiyyə məclisi içşi qrupu çərçivəsində 2019-cu ilin sosial proqramının yardım qaydasını işlədik. Proqramda əsaslı şəkildə bizim əhalinin tələbləri və bizim əhalinin ağır sosial fonu maksimum dərəcədə nəzərə alınıb. Obyektiv təsdiqləmə halında Marneuli bələdiyyəsinin bir çox sakinləri sosial yardımdan kənarda qalacaq” - Mamuka Naveriani dedi.

Naverianinin sözlərinə görə yeni proqramla meriya əvvəlki proqram çərçivəsində olduğundan daha çox benefisiara xidmət göstərəcək.

11 martda bələdiyyə məclisi iclasında cəmi 5 məsələ müzakirə olundu və onalrın hamısına dair müsbət qərar qəbu edildi.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər