Marneulinin büdcəsi təxminən 1 600 000 həcmində artıb
Marneuli bələdiyyəsinin büdcəsinə dəyişikliklər edilib. 11 mart tarixində Bələdiyyə Məclisinin iclasında deputatlar büdcəyə ediləcək dəyişiklikləri dəstəkləyiblər.

Marneuli bələdiyyəsinin Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədovun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, dəyişikliyə kəndlərə dəstək proqramı və ictimai məktəblərin bərpası üçün ayrılan vəsaitin ikiqat artırılması səbəb olub.

“Kəndlərə dəstək proqramı ikiqat artırılıb, 612 000 lari idi və daha 612 000 lari əlavə edilib. İctimai məktəblərin bərpası üçün ayrılmış 910 000 lari də ikiqat artırılıb və daha 910 000 lari əlavə olunub”, – deyə Vüqar Məmmədov bildirdi. O, həmçinin qeyd etdi ki, ümumilikdə yerli vəsaitin əlavə olunması ilə büdcəyə 1 600 000 lariyədək vəsait əlavə olunub.

Dəyişikliklərdən sonra Marneuli büdcəsi 38 733 600 lari olaraq müəyyən olunub.

Məmmədovun dediyinə görə, büdcədə martın sonunadək yenə dəyişikliklərin edilməsi gözlənilir və Gürcüstan hakimiyyəti Marneulinin kəndlərində daxili yolların bərpası üçün ən az milyon lari ayıracaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər